Metal konstruksiya sahəsi

“Bakı Fəhləsi Maşınqayırma Zavodu” ərazisində yerləşən metal konstruksiya sahəsi

müxtəlif ölçülü anbarların,

zavod və fabriklərin, fermaların,

müxtəlif təyinatlı stadionların,

ofis binalarının,

ticarət və əyləncə mərkəzlərinin,

piyada keçidlərinin,

bu və ya digər kiçik və böyük qabaritli mülki və sənaye obyektlərinin tikinti konstruksiya və modullarının hazırlanmasını və quraşdırılmasını həyata keçirir.

Metal konstruksiya sahəsi dizayn və layihələrin işlənməsi və iş çertyojlarından başlamış bütün tikinti işləri ilə birlikdə hazır layihənin təhvil verilməsinə kimi xidmətlər toplusunu təklif edir.

Metal konstruksiyalarının hesaba alınması və obyektlərin layihələndirilməsi, tikinti regionların və onun iqlim şəraitini nəzərə almaqla xüsusiləşdirilmiş proqram əsasında yerinə yetirilir.